Giriş et
Müqavilə2 dəq oxuma

Müqaviləni avtomatik hazırlamaq: rekvizit faylından 1 dəqiqəyə

Hər yeni müştəridə eyni iş: köhnə müqaviləni açmaq, adı, VÖEN-i, bankı, direktoru dəyişmək, nömrəni artırmaq, məbləği sözlə yazmaq. Bir hərf səhvi — yenidən çap. Bunu avtomatlaşdırmaq olar.

Müqaviləni avtomatik hazırlamaq: rekvizit faylından 1 dəqiqəyə
Qısa cavab

Müqaviləni avtomatik hazırlamaq üçün öz Word müqavilənizi bir dəfə şablona çevirirsiniz, sonra hər müştəri üçün onun rekvizit faylını atırsınız: ad, VÖEN, bank, direktor, nömrə, tarix və məbləğ sözlə özü dolur, möhür və imza vurulur.

senedler.az
Müqavilə Akt ✓ Hesab-faktura ✓ MÜQAVİLƏ № 14 Bakı şəhəri · 28.11.2026 X MMC VÖEN 1234567891 İcraçı Sifarişçi X MMC • VÖEN 1234567891 • BAKI • X MMC Sifarişçinin rekvizitləri Rekvizit faylını bura atın PDF, Word, Excel və ya şəkil PDF Rekvizitlər.pdf ✓ Fayldan avtomatik dolduruldu Şirkət X MMC VÖEN 1234567891 Hesab (IBAN) AZ12 XXXX 0000 0000 1234 Direktor Əliyev Əli Vəli oğlu Sənədləri hazırla PDF Müqavilə (senedler.az).pdf ✓ Hazırdır
Rekvizit faylı atılır, sahələr özü dolur, müqavilə, akt və hesab-faktura möhürlü hazır olur.

Necə işləyir

  1. Şablon bir dəfə qurulur. Son bağladığınız müqaviləni yükləyirsiniz — proqram oradakı konkret məlumatları (şirkət adı, VÖEN, bank, direktor, nömrə, tarix) özü tapıb koda çevirir.
  2. Müştərinin rekvizit faylını atırsınız. PDF, Word, Excel və ya şəkil — ad, VÖEN, bank, direktor oxunur.
  3. Sənəd hazırdır. Müqavilə, əlavə, akt bir anda; nömrə özü artır, məbləğ sözlə yazılır, möhür və imzanız vurulur.
senedler.az
DOCX XİDMƏT MÜQAVİLƏSİ {MÜŞTƏRİ.AD} {MÜŞTƏRİ.VÖEN} {YEKUN:SÖZLƏ} Sehrbaz: 9 sahə tapıldı PDF XİDMƏT MÜQAVİLƏSİ № 14 X MMC 1234567891 min iki yüz əlli manat 00 qəpik ✓ Hüquqi / fiziki şəxs özü uyğunlaşdı
Öz Word müqaviləniz: sehrbaz sahələri tapır, sonra hər sənəddə özü doldurur.

Hüquqi və fiziki şəxs

Eyni şablon hər ikisinə işləyir. Müştəri fiziki şəxsdirsə, ““ABC” MMC” əvəzinə “fiziki şəxs Ad Soyad”, “Direktor:” əvəzinə “Ad, soyad:” yazılır, “direktoru … şəxsində” kimi ifadələr çıxarılır. Vəzifə də müştərinin özününkü olur: Baş direktor, İcraçı direktor, Sədr.

Hazır nümunələr

Öz müqaviləniz yoxdursa, hazır şablonlarla başlayın: xidmət müqaviləsi, alqı-satqı müqaviləsi, müqaviləyə əlavə, təhvil-təslim aktı, hesab-faktura.

Nə qazanırsınız

  • Rekvizit köçürmə səhvləri olmur
  • Nömrə təkrarlanmır və atlanmır
  • Bütün sənədlər arxivdə, müştəriyə görə tapılır
  • Telefondan da hazırlamaq olur

Tez-tez verilən suallar

Öz müqavilə formamı istifadə edə bilərəm?

Bəli. Word faylınızı yükləyirsiniz, sehrbaz onu şablona çevirir; dizayn və mətn sizinki qalır.

Rekvizitləri haradan oxuyur?

Müştərinin göndərdiyi rekvizit faylından — PDF, Word, Excel və ya şəkil. Mətn kimi yapışdırmaq da olar.

Oxumağa dəyər