Giriş et
İmzalama2 dəq oxuma

Sənədi onlayn imzala: PDF və Word faylına möhür və imza vurmaq

Akt, əlavə, ərizə, etibarnamə — imzalanmalı sənədlər hər gün gəlir. Hər dəfə çap edib skan etmək əvəzinə sənədi birbaşa brauzerdə imzalamaq olar.

Sənədi onlayn imzala: PDF və Word faylına möhür və imza vurmaq
Qısa cavab

PDF və ya Word faylını senedler.az/imzala-ya atın, möhür və imzanın şəklini yükləyin: fon özü silinir, imza yeri özü tapılır. İmzalı faylı PDF və ya Word kimi yükləyin. Qeydiyyat, limit və ödəniş yoxdur.

Hansı fayllar imzalanır

PDF və Word (.docx) faylları. PDF olduğu kimi qalır — möhür və imza onun üstünə qoyulur. Word faylında şəkil müvafiq abzasa bağlanır, fayl yenə də redaktə oluna bilir. Köhnə .doc faylını Word-də “Fərqli saxla → .docx” ilə saxlayın.

Addım-addım

  1. Pulsuz imzalama səhifəsində faylı seçin və ya sürüşdürüb atın.
  2. Möhürün və imzanın şəklini yükləyin. Bir dəfə yükləmək kifayətdir — növbəti dəfə brauzer yadda saxlayır.
  3. Şirkətinizin adını yazsanız, proqram imza yerini sənəddə özü tapır.
  4. “Hazırla” ilə tam ekran redaktoru açın: böyüdün, sürüşdürün, lazım olsa möhür və ya imza əlavə edin.
  5. İmzalı PDF və ya Word faylını yükləyin.
senedler.az
senedler.az/imzala: sənədi yükləmək
1-ci addım: faylı sürüşdürüb atın.
senedler.az
Möhür və imza yüklənib, fon silinib
2-ci addım: möhür və imza. Növbəti dəfə brauzer yadda saxlayır.
senedler.az
Redaktor: möhür və imza vurulub
3-cü addım: yoxlayın və imzalı faylı yükləyin.

Bir neçə imza variantı

Formanı çap edib 6 imza və 6 möhür vurub skan etsəniz, proqram hamısını kəsib saxlayır: hər sənəddə fərqli biri vurulur və sənədlər eyni görünmür.

Məxfilik

İmzalanan fayl serverə göndərilmir — bütün iş brauzerdə gedir. Bu, müştəri müqavilələri və maliyyə sənədləri üçün vacibdir.

Tez-tez verilən suallar

Möhürün arxa fonu niyə görünmür?

Fon avtomatik silinir və möhür şəffaf olur — mətnin üstünə düşəndə də yazı görünür.

Hər səhifəni imzalamaq olar?

Bəli, “Hər səhifəyə imza” imza olmayan bütün səhifələrə kiçik imza qoyur.

Oxumağa dəyər