Giriş et
Pulsuz nümunə · Word

Hesab-faktura nümunəsi

Müştəriyə ödəniş üçün göndərilən sənəd: nə üçün, nə qədər və hansı hesaba ödəniləcəyi. Nümunədə bank rekvizitləri, cədvəl və məbləğin sözlə yazılışı var.

Hesab-faktura nədir?

Hesab-faktura (və ya sadəcə “hesab”) satıcının alıcıya göndərdiyi ödəniş tələbidir: mal və ya xidmətlərin siyahısı, məbləğ və ödəniş rekvizitləri. Bu, kommersiya sənədidir; vergi məqsədləri üçün e-qaimə (elektron vergi hesab-fakturası) e-taxes.gov.az-da ayrıca yazılır.

Nümunədə nə var

  • Satıcı (icraçı) və alıcı (sifarişçi), VÖEN-ləri
  • Ödəniş rekvizitləri: bank, H/h (IBAN), bankın VÖEN-i, kodu, müxbir hesab, SWIFT
  • Cədvəl: mal / iş / xidmət, ölçü vahidi, miqdar, qiymət, məbləğ
  • Cəmi, ƏDV (18%) və yekun
  • Ödənilməli məbləğ yazı ilə, imza və möhür yeri

Doldurarkən nəyə diqqət etmək lazımdır

  • IBAN-ı dəqiq köçürün — səhv hesab ödənişi gecikdirir.
  • ƏDV ödəyicisisinizsə, ƏDV-ni ayrıca sətirdə göstərin.
  • Hesabın nömrəsi və tarixi olsun ki, ödəniş təyinatında göstərilə bilsin.

Tez-tez verilən suallar

Hesab-faktura ilə e-qaimə eyni şeydir?

Xeyr. Hesab-faktura ödəniş üçün göndərilən kommersiya sənədidir, e-qaimə isə vergi orqanına təqdim edilən elektron vergi hesab-fakturasıdır.

ƏDV avtomatik hesablanır?

senedler.az-da bəli: “ƏDV” seçiləndə 18% ƏDV, yekun və məbləğin sözlə yazılışı özü hesablanır.

Digər nümunələr