Giriş et
Pulsuz nümunə · Word

Təhvil-təslim aktı nümunəsi

Malın verildiyini və ya işin görüldüyünü təsdiqləyən sənəd. Ödənişdən əvvəl çox vaxt məhz bu akt istənilir.

Təhvil-təslim aktı nə vaxt lazımdır?

Mal təhvil veriləndə və ya iş, xidmət tamamlananda tərəflər aktı imzalayır: nə verildiyi, miqdarı və dəyəri yazılır. Akt müqavilə üzrə öhdəliyin icrasını təsdiqləyir və çox vaxt ödənişin əsası olur.

Nümunədə nə var

  • Şəhər, tarix və aktın nömrəsi
  • Cədvəl: №, malın / işin / xidmətin adı, ölçü vahidi, miqdar, vahidin qiyməti, məbləğ
  • Cəmi, ƏDV (18%) və yekun
  • Yekun məbləğ yazı ilə
  • Hər iki tərəfin adı, VÖEN-i, imza və möhür yerləri

Doldurarkən nəyə diqqət etmək lazımdır

  • Aktdakı mallar və məbləğ müqavilə və ya əlavə ilə üst-üstə düşsün.
  • Akt nömrəsini e-qaimə nömrəsi ilə eyni saxlamaq istəyirsinizsə, ikisini eyni yazın — axtarmaq asan olur.
  • Hər iki tərəf imzalamalıdır; möhür varsa, vurulur.

Tez-tez verilən suallar

Akt e-qaiməni əvəz edir?

Xeyr. E-qaimə (elektron vergi hesab-fakturası) e-taxes.gov.az-da ayrıca yazılır; akt isə tərəflər arasında təhvili təsdiqləyən sənəddir.

Akt üçün müştərinin rekvizitlərini yenidən yazmaq lazımdır?

senedler.az-da yox: müştəri bir dəfə saxlanılır, sonrakı sənədlərdə seçmək kifayətdir.

Digər nümunələr