Xidmət müqaviləsi nümunəsi
IT, mühasibat, təmir, məsləhət, təlim — iş görüb haqqını alan hər şirkətin ən çox işlətdiyi sənəd. Aşağıdakı nümunəni Word kimi yükləyin və ya senedler.az-da müştərinin rekvizitləri ilə avtomatik doldurun.
Xidmət müqaviləsi nədir?
Xidmət müqaviləsində bir tərəf — icraçı — müəyyən işi görməyi və ya xidməti göstərməyi, digər tərəf — sifarişçi — isə bunun haqqını ödəməyi öhdəsinə götürür. Müqavilədə nə ediləcəyi, nə qədər və nə vaxt ödəniləcəyi, iş necə təhvil veriləcəyi və mübahisə olsa necə həll ediləcəyi yazılır.
Nümunədə hansı bölmələr var
- Müqavilənin predmeti
- Tərəflərin hüquq və vəzifələri
- Qiymət və ödəniş qaydası
- Xidmətlərin təhvil-təslimi
- Tərəflərin məsuliyyəti
- Fors-major
- Mübahisələrin həlli
- Müqavilənin müddəti
- Yekun müddəalar
- Tərəflərin rekvizitləri və imzaları
Doldurarkən nəyə diqqət etmək lazımdır
- Tərəfin adını rəsmi qeydiyyatdakı kimi yazın: “ABC” Məhdud Məsuliyyətli Cəmiyyəti, fiziki şəxsdə isə tam ad, soyad, ata adı.
- VÖEN 10 rəqəmdir; bank rekvizitlərini (H/h, kod, SWIFT) bankın arayışından köçürün.
- Məbləği rəqəmlə və sözlə yazın, ikisi eyni olsun. ƏDV ödəyicisisinizsə, məbləğin ƏDV-li olub-olmadığını göstərin.
- Xidmətin həcmini konkret yazın: “proqram təminatının quraşdırılması, 3 kompüter” — “IT xidməti”ndən yaxşıdır.
- Fiziki şəxslə bağlanan müqavilədə “direktor” yox, imza üstündə ad və soyad olur.
Tez-tez verilən suallar
Nümunəni pulsuz yükləmək olar?
Bəli. Word faylını qeydiyyatsız yükləyib istədiyiniz kimi dəyişə bilərsiniz.
Müştəri fiziki şəxsdirsə nə dəyişir?
Tərəfin adı “fiziki şəxs Ad Soyad” kimi yazılır, “Direktor” sətri əvəzinə “Ad, soyad” olur. senedler.az bunu müştərinin növünə görə özü edir.
Nümunə hüquqi məsləhəti əvəz edir?
Xeyr. Bu, ümumi formadır. Böyük məbləğli və ya qeyri-standart işlərdə hüquqşünasla məsləhətləşin.